havanın hərəkət sürəti

ру скорость движения воздуха en air velocity de Luftgeschwindigkeit fr vitesse d'air es velocidad de aire it velocità dell'aria
havanın dövr etməsi, havanın dövr etdirilməsi
havanın kondisionerləşdirilməsi
OBASTAN VİKİ
Hərəkət
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya) Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Havanın kondisiyalaşdırılması
Bağlı yerlərdə (bina daxilində, otaqda), nəqliyyat vasitələrində və s.-dəki hava mühitinin parametrlərinin (havanın temperaturunun, nisbi nəmliyinin, tərkibinin və təzyiqinin) adamların səhhəti üçün, bəzi istehsalat prosesləri aparmaq, avadanlıq, məhsul saxlamaq və s. üçün ən əlverişli hədlərinin yaradılması və onların avtomatik olaraq saxlanılması. Havanın kondisiyalaşdırılması sistemlərindən yaşayış (cənub rayonlarında), ictimai, mülki, sənaye binalarında, təyyarə salonlarında, qatar, avtomobil və gəmilərdə, elmi tədqiqat institutlarında, arxiv, muzey, səhiyyə ocaqları, isti şitilliklər və s.-də istifadə edilir. Havanın kondisiyalaşdırılması sistemi, əsasən, havanı tozdan təmizləmə, qızdırma, soyutma, qurutma və nəmləşdirmə, habelə onun parametrlərini avtomatik tənzimləmə, idarə və nəzarət vasitələri ilə təchiz edilir. Havanın kondisiyalaşdırılması üçün kondisioner adlı aqreqatlardan istifadə olunur.
Havanın rütubətliyi
Havanın rütubəti havada olan su buxarının miqdarına deyilir. Su buxarı, əsasən atmosferin aşağı qatlarında cəmlənmişdir. Bütün qazlar kimi onun da təzyiqi var. Havada olan su buxarının limit qiyməti olaraq doymuş buxarın elastikliyi götürülür. Havanın temperaturu nə qədər çox olarsa, onun doymuş halda təzyiqi də bir o qədər çox olar. Məsələn, −20 °C temperaturda o, 1,0mm, +20 °C temperaturda isə 17,5mm təşkil edir. Havanın rütubətliyi mütləq və nisbi rütubət olaraq iki əsas göstərici ilə səciyyələnir. Mütləq rütubət(a) – 1m³ havadakı su buxarının kiloqramla miqdarıdır. Nisbi rütubət(f) – Su buxarının e elastikliyinin doymuş buxarın E elastikliyinə olan nisbətinin faizlə ifadəsidir: f = p / p 0 ∗ 100 % {\displaystyle f=p/p0*100\%} Su buxarının elastikliyi meteoroloji budkadakı quru və yaş termometrlərin göstəricilərinə əsasən Psixrometrik cədvəldən tapılır. Havanın rütubətinin növbəti xarakteristikaları vardır: Su buxarının elastikliyi(e) – verilən temperaturda havadakı su buxarının parsial təzyiqidir.
Havanın temperaturu
Havanın temperaturu - termometr vasitəsilə açıq havada müəyyən edilən temperatur. Havanın temperaturu adətən yer səthindən 2 m hündürlükdə meteoroloji budkada qoyulmuş quru psixrometrik termometr ilə ölçülür. Havanın temperaturu avtomatik olaraq termoqraf vasitəsilə qeyd olunur. Müəyyən vaxt daxilində ən soyuq və ən isti temperaturu bilmək üçün minimal və maksimal termometrlərdən istifadə edilir. Atmosferin yüksək təbəqələrində Havanın temperaturu şarzond, təyyarə və s.
Havanın mütləq rütubətliyi
Artım sürəti
Bucaq sürəti
Bucaq sürəti — vektorial kəmiyyət olub, cismin fırlanmasını səciyyələndirir. Bucaq sürətinin qiyməti cismin vahid zamanda dömnəsi ilə qiymətləndirilir. ω = d ϕ d t {\displaystyle \omega ={\frac {d\phi }{dt}}} Koordinat sisteminin başlanğıc nöqtəsinə əsasən isə belə ifadə edilir: ω → = [ r → , v → ] ( r → , r → ) {\displaystyle {\vec {\omega }}={\frac {[{\vec {r}},{\vec {v}}]}{({\vec {r}},{\vec {r}})}}} burada: r → {\displaystyle {\vec {r}}} — nöqtənin radius vektoru, v → {\displaystyle {\vec {v}}} — bu nöqtənin verilmiş koordinat sistemindəki sürəti, [ r → , v → ] {\displaystyle [{\vec {r}},{\vec {v}}]} — vektor hasil, ( r → , r → ) {\displaystyle ({\vec {r}},{\vec {r}})} — vektorların skalyar hasilidir. Praktikada çox vaxt ω / 2 π {\displaystyle \omega /2\pi } -ə bərabər olan fırlanma tezliyindən istifadə edilir. Ölçmə vahidi san−1 və ya dövr/dəq götürülür.
Hava sürəti
Hava sürəti, havadakı istənilən aviavasitənin sürəti. Aviasiyada fərqli məqsədlər üçün istifadə olunan bir çox fərqli hava sürəti olduğundan hava sürətinə ümumi bir tərif vermək düzgün olmazdı. Hava sürəti termini ilə əsasən aviavasitənin əsas sürət saatından oxunan və təyyarənin ətrafındakı hava kütləsinə görə, nisbi sürəti verən alət hava sürəti və ya göstərilmiş hava sürəti (göstərici sürət) nəzərdə tutulur.
Kreyser sürəti
Kreyser sürəti (kruiz sürəti) — canlıların və ya nəqliyyat vasitələrinin maksimum sürətdə uzun bir hərəkət sürəti, vahid yolda enerji istehlakının əhəmiyyətli dərəcədə artması ilə əldə edilir. Kreyser sürəti uzun bir hərəkəti xarakterizə edir. Məsələn, bir şəxs qaça bilər, bir təyyarə sürətli və qəzəbli bir yerə gedir, bir avtomobil daha sürətli gedir, hava müqavimətini aşır, sürətdən asılı olaraq kvadrat olur və s. Aviasiyada kreyser sürəti bir təyyarənin maksimum aralığının sürəti və minimum kilometr yanacaq istehlakıdır. Kreyser sürəti maksimum sürətin təxminən 30–80% -ni təşkil edir və təyyarələr üçün səs sürətini aşmır. Süper səsli aviasiya üçün seyrçi subsonik və seyrçi supersonik sürət arasında fərq var və son vəziyyətdə uçuş məsafəsi kəskin şəkildə azalır. Məsələn, M-2,0-ə uyğun gələn, maksimum uçuş kütləsi 195 ton olan Tu-144S-də, uçuşun maksimal məsafəsi 3080 km, kütləsi 187 ton — 3600 km, uçuş sürəti M-ə uyğun olan bərə aralığıdır. = 0.85 4300 km-dir. Təyyarədə seyr etməkdən əlavə, ən sərfəli sürəti — müəyyən vaxt intervalında yanacaq sərfinin minimal olduğu uçuş sürətini də ayırmaq adətdir. Ən yaxşı sürətdə təyyarə daha uzun müddət havada qala bilər və buna görə də hava limanının uçuş-enmə zolağı çox yükləndikdə, bu sürətlə tez-tez təyyarə eniş xəttini gözləyir.
Küləyin sürəti
Atmosfer təzyiqinin paylanmasından asılı olaraq hava həmişə üfiqi istiqamətdə yer dəyişir. Havanın üfiqi istiqamətdə belə yer dəyişməsinə külək deyilir. Külək həmişə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru əsir. Küləyin sürəti və istiqaməti daima dəyişir. Yer səthində küləyin orta sürəti 5–10m/san olub, bəzən isə güclü atmosfer tufanları zamanı 50m/san.-yə çatır. Atmosferin yuxarı təbəqələrində şırnaq axınlarında küləyin sürəti daima 100 m/san bərabər olur. Küləyin sürəti m/san, km/saat və düyümlərlə ifadə olunur. Metr saniyədən düyümlərə keçmək üçün m/san-ni 2-yə vurmaq lazımdır. Bundan başqa küləyin sürətini ballarla (Bofort şkalası) ifadə etmək olar. Mümkün ola bilən küləyin sürətləri 12 balla ifadə edilir.
Mərminin sürəti
Mərminin sürəti — mərminin kütləsinin mərkəzinin zaman vahidi ərzində keçdiyi məsafə; mərminin (güllənin, minanın) hərəkətlərinin əsas göstəricilərindən biri. M/S-lə, bəzən Maxa sayla ölçülür. Artilleriya mərmisi, gülləsi və minasında ən çox tətbiqi əhəmiyətə, odlu silahın vacib taktiki-texniki göstəricisi olan, başlanğıc sürəti malikdir. Mərminin sürəti, hərəkətdən-sonrakı mərhələnin sonunda maksimal əhəmiyətə malik olur. Sonradan ağırlıq gücünün və havanın müqavimətinin təsirindən mərminin sürəti, trayektoriyanın zirvəsindən kənarda yerləşən, ən aşağı göstərici olan bir nöqtədə azalaraq, düşmə noqtəsinə qədər, sonradan yenə yüksəlir . Böyük məsafəli trayektoriyalarda mərminin düşməsindən bir az öncə mərminin sürətinin ikinci maksimumu başlaya bilər. Əgər trayektoriya nisbətən kiçik məsafəyə malikdirsə (məsələn zenit və döşəmə atəşi zamanı), mərminin sürəti ancaq azalır. Reaktiv və aktiv — reaktiv raketlərin sürəti fəal sahənin sonunda maksimuma çatır, sonra mərminin sürətində dəyişiklik adi mərmilərdəki kimi olur. Müasir mərmilərin başlanğıc sürəti: minaatanlarda — 100–150 m/s, geri təpkisiz toplarda 380–500 m/s haubitsalarda 300–700 m/s yerüstü artilleriyanın toplarında 600–1000 m/s zenit, tank, tankəleyhinə və gəmi universal artilleriyasının toplarının 700–1500 m/s reaktiv qurğularda (trayektoriyanın fəal sahəsinin sonunda) 1000 m/s qədər. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 7 səh.
Pərdə sürəti
Pərdə sürəti ― fotoqrafiyada diafraqmadan keçən işığın nə qədər müddət senzorda qalacağını ifadə edən sistem. Başqa sözlə, pərdə sürəti şəkil çəkməyə sərf olunacaq vaxtı müəyyən edir. Professional fotoaparatlarda pərdə sürəti aralığı genişdir. Həvəskar, yaxud ucuz kameralar daha az pərdə sürəti aralığına sahibdir. Pərdə uzun müddət açıq qalarsa, hərəkət edən cisimlər fotoda bulanıq halda təsvir olunar. Bu isə hərəkət hissi verir. Məsələn, şəlalə, çay, hərəkətdə olan maşınlar və s. kimi obyektlər üçün istifadə olunur. Qısamüddətli pərdə sürəti isə anlıq hadisələr üçün təsvir olunur. Quşun qanad çalmağı, delfinin suyun üstünə tullanması və s.
Səs sürəti
Səs sürəti — havada, dəniz səviyyəsində və 21 °C temperaturda 343,2 m/s və ya 1235,5 km/saata bərabərdir. Səs sürəti tezliklə əlaqədar olaraq dəyişmir, hər tezlikdə səs eyni sürətdə hərəkət edir. Havanın temperaturuna, sıxlığına görə səsin yayılma sürəti dəyişir. Soyuq havada səs sürəti dəyişir. Soyuq havada səs sürəti aşağı düşür. Səs isti havadan soyuq havaya keçərkən yayılma istiqamətini dəyişdirir. Səsin havadakı sürəti təxmini olaraq aşağıdakı düstur ilə hesablanır: c h a v a = ( 331 . 5 + ( 0 . 6 ⋅ ϑ ) ) m s − 1 {\displaystyle c_{\mathrm {hava} }=(331{.}5+(0{.}6\cdot \vartheta ))\ \mathrm {ms^{-1}} \,} Düsturdakı ϑ {\displaystyle \vartheta \,} (teta) istiliyin Selsi (°C) şkalası ilə ifadəsidir. Hər hansı bir sahədə külək arxadan əsərsə səs yerə doğru istiqamətlənir.
Səsin sürəti
Səs sürəti — havada, dəniz səviyyəsində və 21 °C temperaturda 343,2 m/s və ya 1235,5 km/saata bərabərdir. Səs sürəti tezliklə əlaqədar olaraq dəyişmir, hər tezlikdə səs eyni sürətdə hərəkət edir. Havanın temperaturuna, sıxlığına görə səsin yayılma sürəti dəyişir. Soyuq havada səs sürəti dəyişir. Soyuq havada səs sürəti aşağı düşür. Səs isti havadan soyuq havaya keçərkən yayılma istiqamətini dəyişdirir. Səsin havadakı sürəti təxmini olaraq aşağıdakı düstur ilə hesablanır: c h a v a = ( 331 . 5 + ( 0 . 6 ⋅ ϑ ) ) m s − 1 {\displaystyle c_{\mathrm {hava} }=(331{.}5+(0{.}6\cdot \vartheta ))\ \mathrm {ms^{-1}} \,} Düsturdakı ϑ {\displaystyle \vartheta \,} (teta) istiliyin Selsi (°C) şkalası ilə ifadəsidir. Hər hansı bir sahədə külək arxadan əsərsə səs yerə doğru istiqamətlənir.
Yeniləmə sürəti
Yeniləmə sürəti (ing. Refresh rate) — videoaparaturada: sabit, titrəməyən “şəkil” halında bütün ekranın görüntüsünün yenidən çəkilməsi tezliyi. Televiziya ekranlarında və rastr displeylərində ekranın iç üzündəki fosfor örtüyünü işıqlandıran elektron şüası ekranın bütün sahələrini təxminən 60 Hs (saniyədə 60 dəfə) sürətlə yeniləyir. Sətirləri növbələnən (INTERLACING) displeylərdə qonşu sətirlər bir sətirdən bir yenidən çəkilir, yəni əslində hər bir ayrıca sətir saniyədə yalnız 30 dəfə yenilənir, ancaq effektli yeniləmə sürəti (saniyədə 60 dəfə) saxlanılır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İşıq sürəti
İşığın sürəti (c) vakuumda elektromaqnit dalğalarının yayılma sürətidir, əsas fiziki sabitlərdən biridir. İşıq boşluqda işıq sürəti ilə gedər və bu eyni zamanda kainatda müşahidə edilən ən yüksək sürətdir. İşıq dedikdə hər cür işıq nəzərdə tutulmur. Günəşdən və ya təbii olaraq ulduzlardan və s. gələn işıqlar nəzərdə tutulur. Günəşdə gələn şüaların yerə çatma müddəti 8 dəqiqədir. Əgər özümüzü işıq sürəti kimi təsvir edə bilsəydik Günəşdən çıxdığımız an Yer planetində olardıq amma planetdə hər şeyin dayandığını görərdik hətta saatın , suyun , ürək döyüntüsünün və s. Yalnız 8 dəqiqədən sonra hər şeyin hərəkət etdiyini görə bilərdik. Bu fərziyəni ilk dəfə irəli sürən alimlərdə biridə Albert Eynşteyndir. Sürətlənən cisimə görə zaman bükülərək yavaşlamalıdır.
İşığın sürəti
İşığın sürəti (c) vakuumda elektromaqnit dalğalarının yayılma sürətidir, əsas fiziki sabitlərdən biridir. İşıq boşluqda işıq sürəti ilə gedər və bu eyni zamanda kainatda müşahidə edilən ən yüksək sürətdir. İşıq dedikdə hər cür işıq nəzərdə tutulmur. Günəşdən və ya təbii olaraq ulduzlardan və s. gələn işıqlar nəzərdə tutulur. Günəşdə gələn şüaların yerə çatma müddəti 8 dəqiqədir. Əgər özümüzü işıq sürəti kimi təsvir edə bilsəydik Günəşdən çıxdığımız an Yer planetində olardıq amma planetdə hər şeyin dayandığını görərdik hətta saatın , suyun , ürək döyüntüsünün və s. Yalnız 8 dəqiqədən sonra hər şeyin hərəkət etdiyini görə bilərdik. Bu fərziyəni ilk dəfə irəli sürən alimlərdə biridə Albert Eynşteyndir. Sürətlənən cisimə görə zaman bükülərək yavaşlamalıdır.
Şençjen sürəti
Şençjen sürəti — Çində sürətli inkişaf sürətini təsvir etmək üçün istifadə olunur. Bu ilk öncə Şençjen Beynəlxalq Ticarət Binasının “üç gün və bir bina” nın inşaat sürətindən qaynaqlanır. İslahat və açılışdan sonra Şençjen Xüsusi İqtisadi Bölgəsinin sürətli inkişafı üçün metafor kimi istifadə edilmişdir. Daha çox bilinən şüarlar arasında "zaman puldur, səmərəlilik həyatdır" şüarı yer alır. 1979-cu ildən bəri Şençjen, kiçik bir balıqçı kəndindən Çində adambaşına gəlir səviyyəsinin ən yüksək olduğu dünyanın ən vacib texnoloji mərkəzlərindən birinə çevrildi. 1984 və 1992-ci illərdə, o vaxt Çinin öndə gedən lideri və "İslahat və Açılışın Baş Memarı" olan Den Syaopin, "Şençjen sürətini" və Xüsusi iqtisadi zonaların inkişaf modelini təsdiqləmək üçün Şençjenə yoxlama turları təşkil etdi. Bu xüsusi yanaşma “Çin Xüsusiyyətləri ilə Sosializm” olaraq bilinir. Den Syaopin bu yeni iqtisadi metoddan 1982-ci ilin sentyabrında Çin Kommunist Partiyasının On ikinci Milli Konqresindəki açılış nitqi zamanı danışdı: "Modernləşdirmə proqramımızı həyata keçirərkən Çin həqiqətlərindən çıxış etməliyik. Həm inqilabda, həm də inşaatda xarici ölkələrdən də öyrənməli və təcrübələrindən istifadə etməliyik, ancaq xarici təcrübənin mexaniki tətbiqi və xarici modellərin kopyalanması bizi heç yerə aparmayacaq. Bu baxımdan çox dərs keçdik.
Dreyf sürəti
Dreyf sürəti — elektrik sahəsinə məruz qalma nəticəsində əldə edilən hissəciklərin, məsələn, elektronların orta hərəkət sürətidir . Ümumiyyətlə, bir elektron Fermi sürətində bir keçiricidə xaotik hərəkət edir. Bir keçiriciyə elektrik sahəsinin tətbiqi xaotik hərəkət edən elektronların müəyyən bir istiqamətdə kiçik sürüşməsinə səbəb olur.
Hərəkət (fəlsəfə)
Hərəkət - fəlsəfədə mühüm problemlərdən biri. Dünyada hər şey daimi hərəkətdədir. Müxtəlif predmetlərdə molekulların hərəkəti baş verir. Canlı orqanizmlərdə fasiləsiz surətdə maddələr mübadiləsi gedir. Bundan əlavə, onlarda digər fizioloji proseslər də özünü göstərir. İlk nəzərdə hərəkətsiz kimi görünən ürək bir an dayanmır, damarlara qan vurur, hərəkət edir. Cəmiyyət həyatından da hərəkətə dair çoxlu misallar gətirmək olar. Belə ki, insanların əmək fəaliyyətində, siyasi həyatda və mədəniyyətdə daim müəyyən dəyişikliklər yaranır. Hətta insanın təfəkkürü də bir yerdə dayanmır. O fikirlərin hərəkəti deməkdir.
Hərəkət azadlığı
Hərəkət azadlığı — insanların ölkə ərazisi daxilində bir yerdən başqa yerə getmək, ölkəni tərk etmək və öz ölkəsinə maneəsiz qayıtmaq hüququ. Hərəkət azadlığı şəxsin təkcə bir yerdən başqa yerə getmək deyil, həm də sərbəst surətdə özünə yaşayış yeri seçmək azadlığını da ehtiva edir.
Hərəkət nəzarəti
Hərəkət nəzarəti — Avtomatlaşdırma intizamının tərkib hissəsidir. O, obyektlərin hərəkəti ilə konseptual şəkildə əlaqəli olan bütün texnologiyaları əhatə edir. Bununla birlikdə, hərəkətə nəzarət dedikdə, maşın hissələrini aktivləşdirmək üçün ilk növbədə servo mexanizmlərin hərəkət nəzarəti olmaqla, hidravlik/pnevmatik nasosların, silindrlərin (pistonların), elektrik mühərriklərinin hərəkət nəzarətidir. Bununla birlikdə, hərəkətin idarə edilməsi və ya hərəkət nəzarəti deyildikdə, ümumiyyətlə servo motorların hərəkət nəzarəti başa düşülür. Hərəkət idarəsində (nəzarətində), hərəkətin iki əsas komponenti olan mövqe və sürət komponentlərinin nəzarəti vacibdir. Hərəkət nəzarəti robot texnikası və CNC sistemlərinin vacib hissəsidir. Bununla birlikdə, bu sistemlərdə hərəkət nəzarəti, kinematikanın adətən daha sadə olduğu ixtisaslaşdırılmış maşınlardakı hərəkətə nəzarətdən daha mürəkkəbdir. Nisbətən daha sadə olan ikinci istifadəni ümumi hərəkət nəzarəti adlandırmaq olar. Hərəkət nəzarəti qablaşdırma, çap, toxuculuq, yarımfabrikat istehsalı, montaj sənayesi və istehsal xətlərində geniş istifadə olunur. Əsas hərəkətə nəzarət sistemi arxitekturasına aşağıdakı komponentlər daxildir: İstədiyiniz hərəkət profilinə uyğun olaraq istinad nöqtələrini yaradan bir hərəkət nəzarətçisi Hərəkət tənzimləyicisi tərəfindən istehsal olunan nəzarət siqnalını aktuatora ötürmək üçün daha güclü bir elektrik cərəyanına/gərginliyə çevirən gücləndirici.
Laminar hərəkət
Mexaniki hərəkət
Mexaniki hərəkət — zaman keçdikcə bir cismin (yaxud maddi nöqtənin) digər cismə nəzərən, həmçinin eyni bir cismin ayrı-ayrı hissələrinin bir-birinə nəzərən məkanda yerdəyişməsi. Mexaniki hərəkəti riyazi baxımdan təsvir etmək üçün yerdəyişmə, gedilən yol, sürət, təcil və zaman kimi anlayışlardan istifadə olunur. Hərəkəti öyrənmək, yəni zaman keçdikcə cismin mexaniki yerdəyişməsini müəyyən etmək üçün müvafiq koordinat sistemi seçmək və onu hesablama cisminə bağlamaq lazımdır. Bundan əlavə gedilən yolun uzunluğunu təyin etmək üçün uzunluq etalonuna və zamanı ölçmək üçün ölçü cihazı rolu oynayan saata da ehtiyac vardır. Adətən sadaladığımız bu dörd ünsür — hərəkəti öyrənmək üçün seçdiyimiz cisim ona bağlı koordinat sistemi, uzunluq etalonu və saat birlikdə hesablama sistemi adlandırılır. Hər konkret mexaniki hərəkəti öyrənmək üçün müvafiq hesablama sistemi seçilir. Hərəkətin öyrənilməsi üçün vasitə rolunu oynayan koordinat sisteminin (məsələn, düzbucaqlı dekart koordinat sisteminin) başlanğıcı hesablama cismində yerləşdirilir və hərəkət məhz bu koordinat sisteminə nəzərən öyrənilir. Mexaniki hərəkət zaman keçdikcə cismin fəzada yerdəyişməsi olduğundan zaman və məkan anlayışları ilə yaxından tanış olmaq lazımdır. Klassik mexanikanın banisi Nyuton zaman və məkanı mütləq qəbul etmişdir. Nyutona görə zaman hesabat sistemindən asılı olmayaraq müntəzəm davam edir və bütün hesabat sistemləri üçün eynidir.
Nisbi hərəkət
Nisbi hərəkət (ing. Relative velocity) – seçilmiş hesablama nöqtəsinə nəzərən ölçülən yerdəyişmə. Məsələn, siçanın göstəricisi ekranda yerini dəyişdikdə onun yeni yerinin koordinatları göstəricinin əvvəlki yerinə nəzərən nisbidir. Kompüter qrafikasında və kinematoqrafiyada nisbi hərəkət bir obyektin başqasına nəzərən yerdəyişməsidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.